headerLogo
cameraImg
/ Biz kimik /

Omnivision təhlükəsizlik

OmniVision — təhlükəsizlik sahəsindəki təcrübəmiz və peşəkar komandamızla, müasir texnologiyalarla təmin olunan etibarlı və innovativ həllər təqdim edirik. Məqsədimiz evlərinizi və bizneslərinizi yüksək səviyyədə qorumaq, təhlükəsiz mühit yaratmaqdır.
Biz yalnız qabaqcıl video-müşahidə kameraları təqdim etmirik — hər bir müştərinin ehtiyacına uyğun fərdi yanaşma ilə tam təhlükəsizlik həlləri qururuq.
OmniVision olaraq, müştəri məmnuniyyətini və təhlükəsizliyi davamlı prioritetimiz hesab edirik. Bu dəyərlərlə fəaliyyət göstərərək, daima inkişaf edir, xidmət keyfiyyətimizi yüksəltməyə davam edirik.

98%

Müştəri məmnuniyyəti

100+

Aktiv müştərilər

/ komandamız /

İnsanlar uğurumuzun əsasıdır

Hər uğurlu layihənin arxasında enerjili, texnologiyanı sevən və işini sevə-sevə görən bir komanda dayanır.OmniVision komandası — təhlükəsizlik texnologiyaları sahəsində peşəkar bilik və praktik təcrübəyə malik, yüksək məsuliyyət hissi daşıyan, yeniliyə açıq mütəxəssislərdən ibarətdir. Biz inandığımız əsas prinsip budur: doğru məhsul və düzgün komanda arasında qurulan balans – uğurlu layihənin təməlidir. Mütəmadi təlimlər, daxili təşəbbüslər və komandadaxili ruh sayəsində biz müştərilərimizə yalnız texniki dəstək deyil, etibara əsaslanan tərəfdaşlıq hissi də təqdim edirik.
teamMember

Hüseyn Əliyev

Direktor

teamMember

Elnarə Aslanova

Direktor müavini

teamMember

Kamran Xıdırov

IT Direktor

teamMember

Mikayıl İsayev

Texniki şöbə rəhbəri

teamMember

Elnarə Əzizova

Brend menecer

teamMember

Mahir Şahbazov

Texniki dəstək mühəndisi

teamMember

Nəzrin Əhmədli

B2B satış nümayəndəsi

teamMember

Fidan Bədəlova

B2B satış nümayəndəsi

/ karyera /

Komandamıza qoşulun.

Texnologiyanı birlikdə formalaşdıraq.


OmniVision olaraq biz daim yeni ideyalara, təşəbbüslərə və peşəkarlara açığıq. Əgər siz də təhlükəsizlik texnologiyaları sahəsində özünüzü sınamaq və uğurlu bir komandanın parçası olmaq istəyirsinizsə — sizi bizimlə işləməyə dəvət edirik.
 Zəhmət olmasa, məktubun mövzu hissəsində “Vakansiya” sözünü qeyd etməyi unutmayın.


CV-nizi göndərə bilərsiniz.

info@omnivision.az

Müştəri təcrübəsinin idarəedilməsi şöbəsi, Aparıcı mütəxəssis

  • Son Tarix: 20-05-2025
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Alternativ kanallar ilə satış departamenti, Kiçik mütəxəssis

  • Son Tarix: 29-05-2025
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Təhlükəsizlik Sistemləri üzrə Satış Meneceri

  • Vakansiya növü: Tam ştat
  • Vakansiyanın Təsviri:

    Vəzifə Öhdəlikləri:

    • Təhlükəsizlik kameraları və sistemləri üzrə məhsulların satışı
    • Yeni və mövcud müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
    • Satış planlarının hazırlanması və icrası
    • Müştəri tələblərinin təhlili və uyğun həllərin təklif edilməsi

    Tələblər:

    • Təhlükəsizlik sistemləri və ya oxşar sahədə satış təcrübəsi (minimum 3 il)
    • Texniki biliklərə sahib olmaq (kamera sistemləri ilə tanışlıq üstünlükdür)
    • Yüksək ünsiyyət və təqdimat bacarığı
    • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı
    • Rus dili biliyi arzuolunandır
    • Nəticəyönümlü və məsuliyyətli yanaşma

    Qeyd:
    Bu vakansiya üzrə yalnız kişi namizədlərin müraciətləri qəbul olunacaq.

    Təklif olunur:

    • Sabit əmək haqqı + satışdan motivasiyaedici bonus
    • Peşəkar və dinamik komanda
    • Karyera inkişafı üçün real imkanlar​